Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Makronun oğlu və nəvəsi döyüldü

Makronun oğlu və nəvəsi döyüldü
Fransa prezidentinin xanımı Bricit Makronun nəvəsi Jan-Batist Tronier prezident Emmanuel Makronla televiziya müsahibəsindən qısa müddət sonra Amiens şəhərində Tronier ailəsinə məxsus şirniyyat evinin yaxınlığında döyülüb. Bu barədə “Courrier picard” qəzeti yazır.
Yenixeber.org: "Mayın 15-i Fransa prezidenti Emmanuel Makronun çıxışından qısa müddət sonra Jan-Batist Tronier və atası Jan-Aleksandra hücum edilib", məqalədə deyilir.
Jan-Aleksandrın sözlərinə görə, hücum edənlər təxminən 10 nəfər olub və onlar müntəzəm olaraq nümayişlərdə iştirak ediblər. Daha sonra hücumda iştirak edən 8 nəfər saxlanılıb.
Qəzetin yazdığına görə, ailə pensiya islahatı əlehdarlarının hücumundan qorxur. Onlar əvvəllər də şirniyyat dükanına hücum ediblər.
Aprelin 14-də Fransanın Konstitusiya Şurası ölkədə pensiya yaşının 2030-cu ilə qədər tədricən 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı qanun layihəsinin əsas maddəsini təsdiqləyib. Həmin gün Makron qanunu imzalayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam