Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Qalmaqallı jurnal Ərdoğanı hədəfə aldı –Kalından cavab

Məhəmməd peyğəmbəri təhqir edən karikaturaları ilə tanınan Fransanın “Charlie Hebdo” jurnalının sonuncu buraxılışında prezident Rəcəb Tayyib Ərdoğan hədəfə alınıb. 

Yenixeber.org:Ərdoğanın hamamda təsvir edildiyi karikatura jurnalın son buraxılışının üz qabığında yerləşdirilib. 

Qalmaqallı jurnal "Cloclo" ləqəbli fransız müğənni Klod Fransuanın hamamda olarkən elektrik cərəyanı vurması nəticəsində ölməsinə eyham vurub: "Cloclo kimi bizi ondan yalnız tale xilas edəcək", - deyə yazıb. 

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın buna sərt reaksiya verib. 

""Charlie Hebdo" kimi əski parçası olan jurnal əgər narahat olubsa, deməli, doğru yoldayıq. Pislik bəzən belə olur, yaxşılara yol göstərir. Türk milləti mayın 28-də keçiriləcək ikinci tur seçkilərində daha yüksək səslə jurnala ən yaxşı cavabı verəcək", - Kalın deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam