Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Naxçıvanın yeni prokuroru KİMDİR...

 Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına yeni prokuror təyin edib. Dövlət başçısının bu gün imzaladığı sərəncama əsasən, Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub. 

Yenixeber.org: Sənan Paşayev yeni təyinata qədər Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb. 

O, daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub.  

S.Paşayev Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 

Qeyd edək ki, Sənan Paşayev ötən ilin dekabr ayında Naxçıvana təyinat alıb. O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun yerinə gətirilmişdi. 

Bundan əvvəl Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev olub. O, bu ilin yanvar ayında vəzifəsindən azad olunub.  

Səbuhi Şahverdiyev 21 il Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini tutub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam