Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Nüvə silahları etibarlı mühafizə altındadır" -Lukaşenko

Rusiyadan Belarusa gətirilən taktiki nüvə silahları etibarlı mühafizə altındadır.
Yenixeber.org:  Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
"Belarus ərazisinə müəyyən sayda nüvə başlıqları köçürülüb. Onlar etibarlı mühafizə altındadır", - Lukaşenko bildirib.
Onun sözlərinə görə, nüvə döyüş başlıqları yerdə hərəkətə gətirilməyib. Lukaşenka həmçinin vurğulayıb ki, Belarus heç kimə nüvə silahı ilə hücum etmək fikrində deyil, onlar yalnız müdafiə məqsədləri üçün nəzərdə tutulub.
"Əgər siz (Qərb - red.) Belarusa qarşı təcavüz etsəniz, cavab ani olacaq. Məqsədlər müəyyənləşib", - o deyib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva və Minsk beynəlxalq öhdəlikləri pozmadan Belarusda taktiki nüvə silahı yerləşdirməyə razılaşıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam