Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”-Rəşad Mahmudov

“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”.

Yenixeber.org:  Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışı zamanı deyib.

O qeyd edib ki, “Bayraktar Sağlıq Turizm Şirkəti”nin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir:

“Müharibədən sonra müzəffərliyimizin verdiyi güclə ölkədə yeni islahatlar həyata keçirilir. Sözsüz ki, sözügedən islahatlar tibb sahəsində də aparılır”.

“Bu baxımdan iki qardaş ölkənin səhiyyə sahəsində də birgə fəaliyyəti ölkələrimizin bu sahədəki inkişafına stimul verəcək”, - R.Mahmudov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam