Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Volodimir Zelenski:“Bayden münaqişəni beş dəqiqəyə bitirə bilər”

“ABŞ prezidenti Cozef Bayden Ukrayna ərazilərinin təhvil verilməsindən gedirsə, Ukraynadakı münaqişəni beş dəqiqəyə bitirə bilər, lakin Kiyev bununla razılaşmır”.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.

“Əgər biz münaqişəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, məncə, bu yolla Bayden bunu beş dəqiqəyə bitirə bilər. Amma razı olmazdıq”- deyə, o qeyd edib.

O, 24 saat ərzində hərbi əməliyyatları dayandıracağını vəd edən ABŞ-ın keçmiş prezidenti Donald Trampın sözlərinə də münasibət bildirib. Zelenski xatırladıb ki, onun dövlət başçısı olarkən belə bir şansı artıq olub:

“Münaqişəni bitirmək istəyi çox gözəldir. Amma bu arzu hansısa real təcrübəyə əsaslanmalıdır. Deyəsən, Donald Trampın gündə o 24 saatı var idi. Onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri mövcud idi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam