Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Peter Siyarto:“Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır”

“Azərbaycan hədəf ölkədir, bizim strateji tərəfdaşımızdır, burada Macarıstan şirkətlərinin fəaliyyəti üçün gözəl şərait yaradılıb”.

Yenixeber.org:  Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto feysbuk səhifəsində yazıb.

"Qlobal iqtisadi çətinliklərə baxmayaraq, son illər Macarıstan əla ixrac göstəricilərinə nail olub. Əhali sayına görə dünyada 95-ci olsaq da, ixrac göstəricilərimiz baxımından 34-cü yerdəyik”, - o bildirib.

Nazirin sözlərinə görə, ötən dövrün çətin iqtisadi şəraiti açıq şəkildə göstərdi ki, bir çox hallarda məhsulların tədarük olunduğu ölkədə istehsal qurmaqla ixracı artırmaq olar.

"Azərbaycan da bu hədəf ölkələrdən biridir, bizim strateji tərəfdaşımızdır, bu dövlətlə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır. Buna görə də Macarıstan şirkətlərinə burada fəaliyyət göstərmələri üçün həmişə gözəl şərait yaradılır", - paylaşımda deyilir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam