Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

KİV:Türkiyə Rusiyadan uzaqlaşmaq niyyətində deyil

Türkiyə ABŞ və Avropa İttifaqı ilə münasibətlərin intensivləşməsinə baxmayaraq, Rusiyadan uzaqlaşmağı planlaşdırmır.
Yenixeber.org:  Bu barədə “Sabah” qəzeti yazıb. “ABŞ və Aİ ilə münasibətləri intensivləşdirməyə doğru hərəkət Rusiyadan uzaqlaşmaq istəyi kimi qəbul edilməməlidir. Qərblə münasibətlərdə yeni dövr Rusiyaya qarşı yönəlməyib”, - məqalədə deyilir.
Nəşrin siyasi analitiklərinin fikrincə, Türkiyə Ukrayna ilə Rusiya arasında fəal vasitəçi mövqeyindən əl çəkmək fikrində deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putinlə avqust görüşündə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün ciddi addımlar atılacaq.
Türkiyə hakimiyyəti Rusiyadan üz döndərməyəcəyinə söz verib və rəsmi Moskva ilə “şəffaf danışıqları” dəstəkləyəcək. Ankara beynəlxalq və regional güc kimi tarazlıq siyasətini davam etdirəcək, Qərb və Avropa ilə əlaqələri inkişaf etdirəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam