Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Mixail Qusman:"Süni intellekt Tahir Salahov ola bilməz"

"Rəsm hazırlayan, rənglərlə çalışan süni intellektlər var, amma onlar heç zaman Tahir Salahov ola bilməz".

Yenixeber.org:  Bunu Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən ikinci sessiyada deyib.

O söyləyib ki, süni intellekt bütün sahələrdə tətbiq oluna bilər: "Yaradıcılıq sahəsində də bundan istifadə olunur. Bu, elə bir həddə çatıb ki, artıq incəsənət, yaradıcılıq sahəsinə də sirayət edib. Hazırda kompüterdə mövcud şahmat oyunlarında elə səviyyələr var ki, qrossmeysterlərin bir çoxu həmin səviyyə ilə oyun keçirdikdə məğlub olurlar. Ancaq kompüter yeni bir şey ortaya qoymur, sadəcə mövcud olanların ən yaxşısını edir, ən doğrusunu seçir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam