Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Dövlət Turizm Agentliyindən itkin düşən turistlərlə bağlı açıqlama

Dövlət Turizm Agentliyi Zaqatalada itkin düşən turistlərlə bağlı açıqlama verib.
Yenixeber.org:  Aidiyyəti qurumlar bu mövzu ilə bağlı əlaqədədirlər:
"Vətəndaşların axtarışına Zaqatala rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ərazini tanıyan yerli sakinlər cəlb edilib. Qeyd edək ki, itkin düşmüş vətəndaşlar fərdi qaydada, heç bir bələdçi və regional quruma müraciət etmədən müvafiq istiqamətdə gəzintiyə yollanıblar.
Bu baxımdan vətəndaşlara təhlükəli hesab olunacaq ərazilərə hava şəraitinə diqqət yetirmək, bələdçi xidmətindən istifadə etmək, yerli sakinlərdən ərazinin təbii quruluşu və şəraiti haqqında məlumat əldə etmək, GPS, ilk tibbi yardım dəsti, yürüyüşə müvafiq geyim və bu kimi vasitələrdən istifadə etmək tövsiyə olunur".
Qeyd edək ki, Bakı sakini olan iki turist Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən Katex şəlaləsinə getməyə çalışarkən meşəlik ərazidə yollarını azıblar. Yerli turistlərin axtarışları davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam