Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb

Yevlaxın sabiq icra başçısı Qoca Səmədov azadlığa buraxılıb.

Yenixeber.org:  Bakı Apelyasiya Məhkəməsi bununla bağlı qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Qoca Səmədovun şikayətinə baxılıb və onun şikayəti təmin edilib. O, şərti olaraq azadlığa buraxılıb.

Qeyd edək ki, Qoca Səmədov cəzasının çəkilməmiş hissəsindən azad olunması ilə bağlı Nizami rayon Məhkəməsinə müraciət edib.

Nizami rayon Məhkəməsi onun vaxtından əvvəl azadlığa çıxmaqla bağlı müraciətini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam