Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Quru Qoşunları komandanı:"Baxmut ərazisində hücum davam edir, irəliləməyə çalışırıq"

"Ukrayna Silahlı Qüvvələri Baxmut ərazisində hücumu davam etdirərək şəhərin şimal və cənub istiqamətində irəliləməyə çalışır".

Yenixeber.org:  Bunu Ukrayna Quru Qoşunları komandanı general-polkovnik Oleksandr Sırski iyulun 28-də keçirdiyi brifinqdə bildirib.

O, cəbhədə yaranmış vəziyyəti “çox gərgin” adlandırıb: “Düşmən hər santimetr uğrunda mübarizə aparır. Artilleriya və minaatanlardan intensiv atəş açır. Biz tədricən hücuma keçir, torpaqlarımızı işğaldan azad edirik”, - O.Sırski vurğulayıb.

Komandan qeyd edib ki, belə çətin şəraitdə cəbhədəki əsgərləri ehtiyatla idarə etmək və əks batareya atəşi ilə onları dəstəkləmək vacibdir: “Düşmən Kleşeyevka, Kurdyumovka və Andreevka bölgələrində qoşunlarını dəstəkləmək üçün böyük miqdarda artilleriya cəmləşdirib. Onların məhv edilməsi qoşunlarımızın əsas vəzifələrindəndir”.

Ukrayna Baş Qərargahının məlumatına görə, Ukrayna qüvvələri Kleşeyevkanın qərbində və cənubunda Rusiyanın əks hücumunu dəf edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam