Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ukrayna Təhlükəsizlik Xidməti:"Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır"

 Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı müharibəyə cəlb etməyə hazırlaşır.

Yenixeber.org:  Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, bunun üçün Belarusun strateji obyekti olan Mozır neft emalı zavodunda təxribat hazırlanır: “Bu təxribatın həyata keçirilməsi “Vaqner”çilərə tapşırılıb. Rusiya bu təxribatdan sonra hadisədə Ukraynanı ittiham etməyi və beləliklə, Belarusu savaşa çəkməyə hazırlaşır”.

Qeyd olunub ki, Belarusda planlaşdırılan terror aktı ilə bağlı məlumat artıq Ukrayna Təhlükəsizlik Xidmətinə daxil olub.

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam