Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ceyhun Bayramov gürcüstanlı həmkarına yardım təklif edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Gürcüstanın xarici işlər nazirinə zəng vurub. 

Yenixeber.org: XİN-dən verilən xəbərə görə, nazir bu ağır fəlakət zamanı həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan hökuməti və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Nazir itkin düşmüş şəxslərin tezliklə tapılacağına ümid bəslədiyini bildirib. 

Nazir C.Bayramov Azərbaycanın hər zaman Gürcüstanın yanında olduğunu, xilasetmə tədbirləri və təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb. 

Nazir İlya Darçiaşvili həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam