Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycandan Ukraynaya növbəti dəstək:Uşaqlarımız əmin əllərdədir

Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib. 

Yenixeber.org: Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə dəvət olunan uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq. 

Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixososial təlimlər, ustad dərsləri vasitəsilə uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. 

Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.

  

Ukraynalı zabit, ictimai xadim Dmytro Kulibaba bildirib ki, göstərilən qayğı Azərbaycan və Ukrayna arasında dostluğun nümunəsidir: 

“Azərbaycan tərəfindən Ukraynaya müharibə başlayandan bəri müxtəlif istiqamətlərdə yardımlar olub. Bu dəstəyə görə dost Azərbaycana təşəkkürümüzü bildiririk. Ukrayna xalqı Qarabağ müharibəsində necə ki, Azərbaycanın yanında olmuşdu, biz də sizdən o dəstəyi görürük. Müharibə başlayandan bəri cənab prezident İlham Əliyevin göstərişi ilə Ukraynaya müxtəlif yardımlar göndərilib. Bu, əslində dost Azərbaycanın kimin yanında olduğunu bir daha göstərir. 

Bizim uşaqlarımızın Azərbaycana göndərilməsi də ilk hal deyil. Biz əminik ki, uşaqlarımız əmin əllərdədir. Bir daha göstərdikləri qayğıya görə təşəkkür edirik”.  

Qeyd edək ki, ötən il də bir qrup ukraynalı uşaq Azərbaycana gətirilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam