Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tobias Billström:“İsveç müsəlman ölkələri ilə əlaqələrin bərpasına xüsusi diqqət yetirmək niyyətindədir”

 İsveçin xarici işlər naziri Tobias Billström İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin səfirləri ilə görüş keçirib. Bu görüş zamanı Qurani-Kərimin nüsxələrin yandırılması və ölkədə baş verən təzahürlərlə bağlı İsveç hakimiyyətinin mövqeyini izah edib.

Yenixeber.org: İsveç Xarici İşlər Nazirliyinin rəhbəri müsəlman ölkələri ilə əlaqələrin qurulmasına xüsusi diqqət yetirəcək.

"Etimadın bərpası tez bir iş deyil. Mandatımın bir hissəsini əlaqələrin bərpasına həsr edəcəyəm. Mən bu ölkələrə səfər etmək niyyətindəyəm və sentyabrda biz onları BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli sessiyası çərçivəsində danışıqlara dəvət edəcəyik", - nazir bildirib.

T.Billström vurğulayıb ki, krallıq hökuməti birmənalı olaraq Quranın yandırılması ilə bağlı hərəkətləri qəbul etmir: “Ədliyyə Nazirliyinə ictimai asayiş haqqında qanuna yenidən baxılması məsələsini nəzərdən keçirmək tapşırılıb. İƏT-ə üzv ölkələrin səfirləri ilə görüşlərimiz konstruktiv keçdi. Onlar vəziyyətimizi öz ölkələrində izah etməkdə mühüm rol oynayırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam