Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Hava əhali üçün əlverişsizdir -AÇIQLAMA

 Hazırda ölkə ərazisində isti hava müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. 

Yenixeber.org:  Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftəsonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir. 

“Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul edilməsi məsləhət görülür, uzun müddət açıq havada Günəş altında qalmaq tövsiyə olunmur”, - G.Məmmədova qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam