Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Rusiya torpaqlarımızın 20 faizini işğal edib" -Zurabişvili

Rusiya Federasiyası Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir.
Yenixeber.org: Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən “Cənubi Osetiya müharibəsi”nin 15-ci ildönümü münasibətilə sosial media hesabından yazılı açıqlamad qeyd edib.
"Rusiya təcavüzkar və işğalçıdır. 2008-ci il müharibəsindən 15 il keçməsinə baxmayaraq, bütün beynəlxalq prinsiplərə məhəl qoymayaraq, hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayır".
Zurabişvili Gürcüstanın ərazi bütövlüyünü sülh üsulları ilə təmin edəcəyini bildirib.
Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr 2008-ci ildə başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya regionları birtərəfli qaydada Gürcüstandan müstəqilliklərini elan ediblər.
Rusiya 2008-ci ildə bu iki regionun qondarma müstəqilliyini tanıyıb, Gürcüstan isə öz növbəsində Rusiya ilə diplomatik münasibətləri kəsib.
İki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra İsveçrə vasitəçilik rolunu öz üzərinə götürdü.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam