Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İsrail Ukraynaya daha bir dərman partiyası bağışlayıb

İsrail Ukraynaya 2.7 milyon dollar dəyərində daha bir dərman partiyası bağışlayıb.

Yenixeber.org: Ukrayna mətbuatı xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi lazımi miqdarda pul topladıqdan sonra bir neçə ton dərman alıb Ukraynaya göndərib.

“Biz bu çətin zamanda Ukraynaya kömək etməyə davam edirik, ona görə də Ukrayna tərəfinin xahişi ilə vəsait toplanıb və humanitar yardımın köçürülməsi təşkil olunub. Biz ölkələrimiz arasında gələcək əməkdaşlığı planlaşdırırıq”, - deyə İsrailin Ukraynadakı səfirliyindən bildirilib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam