Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Zelenski Priqojindən danışdı:Hər kəs bu işdə kimin əli olduğunu anlayır

Zelenskidən Priqojinlə bağlı mühüm AÇIQLAMA

Ukrayna prezidenti Volodimir Zelenski “Vaqner” qruplaşmasının sahibi Yevgeni Priqojinin qəzada ölməsi ilə bağlı açıqlama verib.

Yenixeber.org: Bu barədə o, Kiyevdə Portuqaliya Prezidenti Marselo Rebelo De Sousa ilə mətbuat konfransı zamanı danışıb.

"Bizim bu işlə heç bir əlaqəmiz yoxdur. Hər kəs bu işdə kimin əli olduğunu anlayır”, - o deyib.

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.

"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam