Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“Azərişıq” işğaldan azad edilmiş rayonlarda yenidənqurma işlərini davam etdirir -VİDEO

“Azərişıq” ASC Ağdamda yenidənqurma işlərini sürətlə davam etdirir. Şəhər mərkəzinin elektrik təchizatı üçün 35 kv-luq hər birinin gücü 4x2500 kVA olan iki ədəd transformator yarımstansiyasının tikintisi başa çatıb. 

Yenixeber.org: Əlaqələndirici 35 kV-luq kabel xətlərinin çəkilişi üçün yolların şəhərsalma planına uyğun olaraq vahid səviyyəyə gətirilməsi gözlənilir. Ağdamın Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə 35 kV-luq elektrik xətlərinin çəkilişi isə yaxın müddət ərzində başlanacaq.

Qeyd edək ki, Ağdam şəhərində yeni Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli qoyulub, tikintisinə başlanılıb. Elektrik şəbəkələrinin Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin yüksəldilməsinə zəmin yaradacaq.

Təlim-Tədris Mərkəzində isə yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Prezident İlham Əliyevin iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə təməli qoyulan obyektlərdə işlərin gedişinə və elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə nəzarət daha da gücləndirilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam