Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Rusiyalı qubernator səfirimizdən üzr istədi -SƏBƏB

Rusiyalı qubernator Azərbaycan səfirindən üzr istədi
Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş tədbirdə iştirak edən Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinlə bağlı qalmaqalla əlaqədar Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludan üzr istəyib.
Yenixeber.org: "Veçerniye Vedomosti" yazır ki, bu barədə qubernatorun ofisinə yaxın mənbə məlumat yayıb.
“Volodin Azərbaycanda üzvləri separatçı hesab edilən qondarma “talış-muğan muxtar respublikasının” təntənəli mərasiminə gedib və hakimiyyət adından bu quruma dəstəyini bildirib”, - deyə hakimiyyətə yaxın mənbə yazıb.
İqor Volodinin Dumanın yeni çağırışında spiker olmayacağı vurğulanıb.
Xatırladaq ki, Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbirə görə Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası göndərib. Bundan başqa, səfir Polad Bülbüloğlu Sverdlovsk vilayətinin qubernatoru Kuyvaşevə Azərbaycanın prinsipial mövqeyini və qəti etirazını əks etdirən məktub göndərib. Həmçinin, Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski şəhərin müvafiq inzibati orqanlarına müraciətlər ünvanlayıb.
Rusiya tərəfinə bu kimi təxribat xarakterli tədbirin təşkilinin və burada Yekaterinburq şəhər dumasının sədri İqor Volodinin qonaq qismində iştirakının qəbuledilməz olduğu çatdırılıb, ölkənin hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi, habelə, ikitərəfli əməkdaşlığa zərbə vurduğu diqqətə çatdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam