Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Prezidentə qarşı impiçment proseduru üçün imza toplamağa başlanıldı

Hakim “Gürcü arzusu” fraksiyası Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim etmək və prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa başlayıb.

Yenixeber.org: Bu barədə fraksiya lideri Mamuka Mdinaradze brifinqdə məlumat verib.

“Sənədlər çərşənbə gününə qədər tamamlanacaq, daha sonra prosedur komitəsinə təqdim olunacaq, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri müvafiq nəticə çıxarmaq üçün Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, - Mdinaradze bildirib.

Prezidentin impiçmenti təklifi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün deputatların üçdə biri, yəni 50 nəfərin imzası lazımdır. Təklif məhkəmə tərəfindən təsdiq olunarsa, parlament impiçmentə səs verəcək. Prezidentin vəzifədən uzaqlaşdırılması üçün deputatların 2/3-nin, yəni 150-dən 100-nün səsi lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam