Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qeyri-sabit hava bu vaxtadək davam edəcək -PROQNOZ

qeyri-sabit-hava-ne-vaxtadek-davam-edecek

Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Yenixeber.org: Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, düşən yağıntının miqdarı Astarada 56 mm, Lənkəranda  43 mm,  Beyləqanda 24 mm, Sabirabad, Biləsuvarda 20 mm, İmişli, Cəfərxanda 19 mm, Tərtərdə 17 mm, Zərdab, Ağdam, Şəkidə 14 mm, Qəbələ, Lerikdə 10 mm, Oğuz, Qobustan, Kürdəmirdə 9 mm, Mingəçevir,  Altıağac, Şahdağda 8 mm,  Yardımlı, Xaltan, Qrız, İsmayıllı, Qax (Sarıbaş), Naftalan, Neftçala, Göyçay, Yevlax, Ordubad, Sədərək, Şirvan, Daşkəsən, Naxçıvan, Göygöl, Quba, Ceyrançöl, Tovuz, Bərdə, Balakən, Şahbuz, Gədəbəy, Gəncə, Qusarda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sentyabrın 11-də saat 16:50 radələrində Astara rayonu ərazisindən keçən Təngərüdçaydan sel keçib. Bu gün saat 8:00 radələrindən Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Oğuz rayonu ərazisindən keçən Əyriçaydan sel keçir.

Gəncə, Daşkəsən, Naftalan, Şəki, Balakən, Qaxda duman müşahidə olunub.

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcək, mülayim şərq küləyi əsəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam