Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Tacikistan Prezidenti Azərbaycana gələcək

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək.

Bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin məlumat yayıb.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər ərəfəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli əməkdaşlıq sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmonun dəvəti ilə həmin görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısı ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam