Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

ABŞ-ın bu rəsmisi İrəvana gəlib -RƏSMİ AÇIQLAMA

Samanta Pauer USAİD-ə rəhbər təyin edildi

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer ABŞ-ın Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və demokratiyasına dəstəyini təsdiqləmək və Qarabağda “son zorakılıqdan” irəli gələn humanitar ehtiyacları həll etmək üçün bu gün Ermənistana gəlib.

Yenixeber.org: Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Samanta Pauerlə birlikdə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də İrəvana gəlib.

“ABŞ regionda ləyaqətli və davamlı sülhə nail olmaq üçün Ermənistanı dəstəkləməkdə davam edir. Vaşinqton Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahatdır və beynəlxalq humanitar təşkilatlara və kommersiya daşımalarına maneəsiz çıxışa çağırır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Yuri Kim 14 sentyabrda ABŞ Senatında keçirilən dinləmələrdə Ermənistanı öz maraqlarına uyğun dəstəklədiklərini açıq etiraf edərək, ölkəmizin əleyhinə bəyanat səsləndirmişdi.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam