Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

FHN Xankəndiyə 11 avtomobil göndərdi

FHN-in 11 avtomobili Xankəndiyə göndərildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Qarabağa yanğınsöndürmə briqadası göndərib.

Yenixeber.org: FHN-in 3-ü xüsusi təyinatlı olmaqla 11 yanğınsöndürmə avtomobili canlı qüvvə ilə birlikdə yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.

Qeyd edək ki, ötən gün Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın, bu tip hadisələr zamanı alovun ətraf ərazilərə yayılmaması üçün mühafizə edilməsi zərurəti yaradıb. Ona görə də Xankəndi və ətraf yaşayış məntəqələrində baş verə biləcək yanğınların qarşısının alınması üçün bu cür addım atılıb.

Ümumilikdə bu işlər 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq həyata keçirilir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam