Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qukasyan, Saakyan və Arutyunyan harada gizlənib?

Qukasyan, Saakyan və Arutyunyan Qarabağdan qaça biləcək?..

Azərbaycanın Qarabağ bölgəsində özünü buraxdığını elan etmiş xuntanın keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndi və ya Əsgəranda olduğu bildirilir. Amma onların dəqiq yeri barədə məlumat verilmir.
Yenixeber.org: Bu barədə Ermənistanın “Hraparak” nəşri bildirib. Qəzet yazır ki, dünən separatçı generallar Lyova Mnasatkanyan və David Manukyanın həbs xəbəri təsdiqlənəndən sonra Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Qarabağdan çıxmağın yollarını arayırlar.
O da qeyd olunur ki, özünü buraxdığını elan etmiş xuntanın sonuncu başçısı Samvel Şahramanyan hazırda keçmiş qondarma rejimin "rəhbərliyinin" təhlükəsiz şəkildə Qarabağı tərk etməsi üçün qarşı tərəflə danışıq aparmağa cəhdlər göstərir. Onun Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbərliyilə əlaqəda olduğu bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam