Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kremldən erməni jurnalistə CAVAB

 

"Rusiya nüvə sınaqlarından imtina etməyib, “buna görə də belə müzakirələrin mümkün olduğunu düşünmürəm”".

Yenixeber.org  xəbər verir ki, bunu Kreml RT kanalının baş redaktoru Marqarita Simonyanın Qərb ölkələrini xəbərdar etmək üçün Sibir üzərində nüvə sınağı keçirmək təklifini şərh edərkən deyib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, belə müzakirələr mümkün deyil.

Peskovun vurğuladığı kimi, Rusiya nüvə sınaqlarından imtina etməyib, “buna görə də belə müzakirələrin mümkün olduğunu düşünmürəm”.

O, həmçinin Simonyanın Rusiya hakimiyyətinə işləmədiyini və Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini unutmamağa çağırıb.

Bundan əvvəl Simonyan ChTD proqramında bildirib ki, əgər Sibir ərazisində termonüvə partlayışı baş verərsə, nüvə qışı da daxil olmaqla, yer üzündə “heç nə baş verməyəcək”. Eyni zamanda, o hesab edir ki, “nüvə ultimatumu” Ukraynadakı hərbi münaqişənin həlli üçün açar olacaq  və “1993-cü ilə qayıtmaq mümkün olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam