Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Sülhməramlıların Qarabağda sayılı günləri qalıb" - Zatulin

 

Rusiya Federasiyası sülhməramlı qoşunlarının artıq Qarabağda müdafiə edəcəyi kimsə yoxdur. 

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

"Bütün ermənilərin Qarabağı tərk etməsi o deməkdir ki, onlar artıq bizim sülhməramlı qoşunlarımızın onları qorumağa qadir olduğuna inanmırlar. Aydın məsələdir ki, hər halda bizim hərbi qruplaşmanın Qarabağda sayılı günləri qalıb, axı orada adam qalmasa, kimləri qoruyacaqlar? Xankəndi şəhərində bizim qoşun yol hərəkəti qaydalarına nəzarət edəcək?", - Zatulin bildirib.

Deputat əlavə edib ki, Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq zərurətindən danışılır: "Təbii ki, belə olmayacaq, amma Saakaşvililərin orada və başqa yerlərdə yenidən başlarını qaldırması Azərbaycan nümunəsinin yoluxucu olduğunu bir daha deməyə əsas verir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam