Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Nil Vatson: “İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana dəstək verilməlidir”

 

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi ilə bağlı mühüm təşəbbüsünü dəstəkləmək lazımdır”.

Yenixeber.org xəbər verir ki, bunu britaniyalı jurnalist və vətəndaş cəmiyyəti fəalı Nil Vatson deyib.

“Minalar bəşəriyyət üçün əsas təhlükələrdən biridir. 30 ildən sonra ərazisini işğaldan azad edən Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət xüsusilə ağırdır. Burada minlərlə mina yerləşdirilib. Bərpa prosesinə başlamazdan və insanlar evlərinə qayıtmazdan əvvəl torpaqlar minalardan təmizlənməlidir. Ona görə də mən hamını bu mühüm təşəbbüsü dəstəkləməyə çağırıram və Azərbaycana böyük uğurlar arzulayıram”, - britaniyalı jurnalist vurğulayıb.

Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.

Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam