Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qara Qarayev Prezidentlə görüşü haqda paylaşım etdi -FOTO

 

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Prezident İlham Əliyevlə oktyabrın 17-də Füzulidəki görüşü haqda paylaşım edib.

Yenixeber.org xəbər verir ki, dövlət başçısı ilə fotosunu paylaşan futbolçu bunları yazıb:

“44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması cənab Prezidentin qətiyyətli, əzmkar fəaliyyətinin nəticəsidir. “Böyük Qayıdış” proqramının birinci mərhələsinin sonunda doğma Füzuli şəhərimizdə 22 min insan yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz nə qədər sevinsək də, şəhidlərimiz üçün daim göz yaşı tökəcəyik. Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizi böyük sevgi və fəxarət hissi ilə anırıq və daima da qürür hissi ilə yad edəcəyik”

Qeyd edək ki, Q. Qarayev 1992-ci ildə Füzulidə anadan olub. O, uzun illər “Qarabağ”ın oyunçusu kimi meydana çıxıb.   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam