Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bayden xalqa müraciət etdi:HƏMAS və Putin qalib gəlməyəcək

  

ABŞ prezidenti Co Bayden xalqa müraciət edib.

Yenixeber.org xəbər verir ki, o, çıxışı zamanı İsrail və Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib.

Bayden bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə maliyyə dəstəyi üçün təcili olaraq Konqresə müraciət edəcək.

"Biz "Dəmir Günbəz"in İsrail səmasını qorumağa davam etməsini təmin etməliyik... İsrailin bu gün və həmişə xalqını qorumaq üçün ehtiyacı olan hər şeyə sahib olmasını təmin etməliyik", - o deyib.

Amerika prezidenti kimi onun girovluqda olan amerikalılardan daha üstün prioritetinin olmadığını qeyd edən Bayden HƏMAS-ın “dünyaya xalis pislik gətirdiyini” vurğulayıb. 

Bayden xəstəxanaya hücumda ölənlərə görə başsağlığı verib, hücumun israillilər tərəfindən həyata keçirilmədiyini bildirib.

ABŞ lideri Yaxın Şərq olmaqla dünyanın digər bölgələrinə qarşıdurma və xaosun yayılma riskinin olduğunu, ölkəsinin və müttəfiqlərinin Yaxın Şərq üçün daha yaxşı bir gələcək qurmaq üçün çalışdıqlarını bildirib.

Bayden HƏMAS və Rusiya prezidenti Vladimir Putini müqayisə edib: “HƏMAS və Putin fərqli təhdidlər yaradırlar. Lakin onlar bu məsələdə həmrəydirlər: hər ikisi öz sərhədlərində demokratiyanı tamamilə məhv etmək istəyirlər".

O qeyd edib ki, İsrail və Ukraynanın müvəffəqiyyətinin təmin edilməsi Amerikanın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir: "Əgər biz Putinin Ukraynada hakimiyyət və nəzarət iştahını dayandırmasaq, o, özünü Ukrayna ilə məhdudlaşdırmayacaq”.

Bayden vurğulayıb ki, o, HƏMAS və Putinin qalib gəlməsinəimkan verməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam