Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Gəncədə qadın nəvələrini İcra Hakimiyyətinin qarşısına atdı

 

Gəncə şəhərində iki azyaşlı küçəyə atılıb.

Yenixeber.org  xəbər verir ki, bacı-qardaş olan 4 aylıq qız və 3 yaşlı oğlan şəhərin mərkəzində tapılaraq Gəncə şəhər Uşaq Xəstəxanasına gətirilib.

Belə ki, uşaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısında aşkar edilib, bununla bağlı aidiyyəti üzrə məlumat verilib.

Məlum olub ki, yaşlı qadın (körpələrin rəsmi qəyyumu) əvvəl 3 yaşlı oğlanı, daha sonra isə 4 aylıq qız nəvəsini İcra Hakimiyyəti binasının qarşısına qoyaraq gedib.

Xəstəxanaya yerləşdirilən körpələrin vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, uşaqların valideynləri qeyri-sağlam həyat tərzi sürdüyündən onlar nənələrinin himayəsinə verilibmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam