Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Üç yaşlı Xədicə qaynar suda yanıb -Bint almağa belə, imkanımız yoxdur” - FOTO

 

Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə onun anası Kəmalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq.

Xədicə bir müddət xəstəxanada müalicə alsa da, maddi vəziyyətimiz yaxşı olmadığı üçün onun müalicəsini yarımçıq saxlamağa məcbur olduq. Hazırda, inanın, nəinki dərman, bint almağa belə, imkanımız yoxdur. Borc istəməyə də heç kimimiz qalmayıb. Yardımsevər şəxslərdən bizə bu çətin vəziyyətdən çıxmaq üçün dəstək olmağı xahiş edirəm. Xədicənin dərmanlarını almaq üçün hazırda 800 manata ehtiyacımız var”.(Oxu.Az)

Ailə ilə əlaqə: (077) 518-30-31



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam