Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Hücumda ölən qadının qızı danışdı -Anama “sabahın xeyir” deyə bilmədim...

 

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub. 

Yenixeber.org xəbər verir ki, hadisəyə şahid olan qonşular silahlı hücumun necə baş verdiyini danışıblar. Onlar zərərçəkmiş ailənin çox mehriban insanlar olduğunu, hansısa düşmənlərinin olmadığını bildiriblər.

Ailənin qızı Cansu Karakaş anası, babası və nənəsinin yaralandığını görüb və atasını oyadıb: “Mən qışqırdım, atam durdu. Getdi baxdı, sonra “siz çölə çıxmayın” dedi. Qurşun kimi bir deşik var idi, mən gördüm. Tez özü götürüb məhrəbanı qoydu...

Biz həyətə girəndə gördüm dədəm asfaltda yatır. Nənəmi buradan daşıyanda gördüm. Yaralı idi, üstü qan idi bütün. Mən dədəmi qucaqladım, amma anam məni görmədi. Anama “sabahın xeyir” deyə bilmədim...”

Qeyd edək ki, hücumda Dağbəyi Fərəcov və onun qızı Suzana Karakaş öldürülüb. Bundan başqa, Tərlan Fərəcova və Türkiyə vətəndaşı Serkan Karakaş yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Serkan Karakaş əməliyyat olunub, vəziyyəti ağır olaraq qiymətləndirilir.

1960-cı il təvəllüdlü Tərlan Fərəcova, 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsinə yerləşdiriliblər və əməliyyat olunublar. Vəziyyətləri kafi qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.(Baku TV)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam