Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Putin də Ərdoğanı təbrik etdi

Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir.

Yenixeber.org: Bu barədə Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd olunub.

Putin Türkiyə Cümhuriyyətinin son bir əsir ərzində iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığını, dünyada yüksək nüfuza malik olduğunu qeyd edib.

Məktubda Moskva və Ankaranın regional və qlobal gündəlikdə duran məsələlərin həllinə yönəlmiş səyləri uğurla əlaqələndirdiyi vurğulanıb.

V.Putin Rusiya və Türkiyənin bundan sonra da ikitərəfli əlaqələri davamlı şəkildə inkişaf etdirəcəyinə əminliyini ifadə edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam