Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu ölkədə rus jurnalist “casusluq” ittihamı ilə -deportasiya edildi

 

Bolqarıstanın Dövlət Milli Təhlükəsizlik İdarəsi Rusiyanın “Rossiyskaya qazeta” qəzetinin Sofiya müxbiri Aleksandr Qatzakı casusluq ittihamı ilə deportasiya edib.

Yenixeber.org xəbər verir ki, Bolqarıstan Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) verdiyi açıqlamada Aleksandr Qatzakın Bolqarıstanda Rusiyanın xeyrinə kəşfiyyat məlumatı topladığının müəyyən edildiyi bildirilib.

Bu səbəbdən sentyabrda jurnalistin akkreditasiyası ləğv edilib və o, Rusiyanın Sofiyadakı səfirliyinə sığınıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qatzakın deportasiya qərarına münasibət bildirib. Zaxarova Rusiyanın cavab tədbirləri görəcəyini bəyan edib.

Rusiya Ukraynaya müharibə elan etdikdən sonra Bolqarıstanla Rusiya arasında münasibətlər gərginlik dövrünə qədəm qoyub. Müharibə başlayandan bəri Bolqarıstan 84 rus diplomatını “ölkənin milli təhlükəsizliyini təhdid etdikləri” əsas gətirərək “persona non-qrata” elan edərək deportasiya etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam