Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər

 

Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradıla bilər. 

Yenixeber.org: xəbər verir ki, bu təkliflə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

O bildirib ki, Ombudsman təsisatının fəaliyyətinin gücləndirilməsi, o cümlədən pozulmuş insan hüquqlarının bərpası, habelə insan hüquqlarının pozulmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərin genişləndirilməsi məqsədilə qəbul edilmiş qanunvericilik aktları, müvafiq qərarlar, habelə İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyasının da tövsiyələrində qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması və bütün şəxslər üçün bərabər hüquqların təmin edilməsi, bu sahədə problemlərin müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə əlavə resursların təmin edilməsi baxımından Ombudsman Aparatında Ayrı-seçkiliyə qarşı mübarizə şöbəsi yaradılmalıdır. 

S.Əliyeva əlavə edib ki, eyni zamanda Edinburq Bəyannaməsindən irəli gələn tövsiyələrin ölkədə icrası, həmçinin xarici təcrübəni nəzərə alaraq, Ombudsman Aparatında “Biznes və insan hüquqları” sektoru təşkil edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam