Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Romanenko heyrətləndi -Bakı bunu necə bacardı?

 

Ukraynalı jurnalist Yuri Romanenko Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən və işğaldan azad edilən ərazilərdə infrastrukturun bərpasında əldə olunan uğurlardan heyran olduğunu bildirib.

Yenixeber.org bildirir ki, Romanenko müəllifi olduğu Yutub kanalının efirində Ukraynanın Azərbaycan təcrübəsindən dərs çıxara biləcəyi fikrini bölüşüb.

"Mən Füzuli Hava Limanında olanda onların infrastrukturu necə qurduqlarını, hər şeyin necə sürətlə getdiyini görəndə, sovet "qələmindən" çıxan bir ölkənin necə güc və rasional yanaşma tapmasından heyrətləndim", - ukraynalı jurnalist qeyd edib.

O, Azərbaycanın uğurunu təmin edən əsas amilləri qeyd edib: hərbi əməliyyatlar başlamazdan əvvəl əlverişli beynəlxalq əlaqələrin yaradılması, ordunun yenidən silahlanması, Türkiyə və İsraillə münasibətlərin qurulması, həmçinin strateji kompromislər... O, həmçinin 2016-cı ilin aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Bu, sonrakı münaqişənin nəticəsini əvvəlcədən müəyyən etdi".

"Azərbaycanın gördüyü iş bizim baxmalı və öyrənməli olduğumuz bir modeldir", - deyən Romanenko əlavə edib ki, Prezident İlham Əliyevin fəaliyyəti xüsusi diqqətə layiqdir və ölkə tarixinə Ulu öndərin fəaliyyəti kimi yazılacaqdır.(Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam