Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırışların şahidi olmadıq" -Nazir

 

“Bütün faktlara, göstərilən sübutlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq”.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ağrılı məqam ondan ibarətdir ki, ərazilərimizin minalanması məsələsini Azərbaycan dövləti daimi olaraq qaldırıb: “Bu faktlar aşkar edilirdi. Laçın yolu üzərində Azərbaycanın tam nəzarəti bərpa edilməyənə kimi Ermənistan bu hərbi cinayətləri intensiv şəkildə davam etdirib. Bunun ağrılı nəticələrinin qarşısının alınması üçün illər çəkəcək. Bütün faktlara, göstərilən faktlara baxmayaraq, biz beynəlxalq ictimaiyyət, dövlətlər və təşkilatlar tərəfindən bir dəfə də olsun Ermənistana bununla bağlı çağırışların şahidi olmadıq. Bunun nəyə görə belə olması bəlli suallar doğurur”.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam