Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Kür və Arazda su ehtiyatları bu qədər azalacaq

 

Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər.

Yenixeber.org xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

"GFDL, HADGEM, MPI modelləri əsasında, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanlıb. Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir", - Z.Əliyev qeyd edib.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam