Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Salyanda sürücülük hüququ olmayan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org- verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ - 2121” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin Aslanovun nəqliyyat vasitəsini sürücü hüququ olmadan idarə etdiyi məlum olub. Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından sonuncunun müvafiq tibbi müayinədən keçirilməsi də təmin edilib. Müayinənin nəticəsinə əsasən isə E.Aslanovun marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam