Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Moskvanın İrəvana cavabı olacaq -RƏSMİ

Əlbəttə, bizim qarşılıqlı öhdəliklərimiz, sazişlər, ikitərəfli münasibətlərlə bağlı intensiv təmaslarımız var, lakin təbii ki, ayrı-ayrı siyasətçilərin Ermənistan ərazisində bəzən aqressiv ritorikasını qeyd etməyə bilmərik. Bu da ümumiyyətlə hər hansı bir çərçivədən kənara çıxır.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Rusiya ilə Ermənistan arasında təmasların indi nə dərəcədə intensiv olması ilə bağlı sualı cavablandırarkən bildirib.

Zaxarova İrəvana Moskvanın da cavabının gecikməyəcəyini söyləyib:

“Əlbəttə, ilk növbədə, ən yüksək səviyyədə əldə olunmuş, müvafiq sənədlər kimi rəsmiləşdirilmiş bütün razılaşmalar və təbii ki, ən yüksək səviyyədə razılaşmaların həyata keçirilməsində bir daha qeyd etdiyim mövcud mexanizmlərdə əlaqələr intensiv xarakter daşıyır. Təbii ki, bizim qarşılıqlı öhdəliklərimiz, sazişlər, ikitərəfli münasibətlərlə bağlı intensiv təmaslarımız var, lakin biz ayrı-ayrı siyasətçilərin Ermənistan ərazisində bəzən aqressiv, ümumiyyətlə, adekvat olmayan ritorikasını qeyd etməyə bilmərik. Bu ritorika yalnız Rusiya hökumət nümayəndələrinə deyil, həm də jurnalistlərə, ekspertlərə və ümumiyyətlə, ölkəmizə ünvanlanıb. Biz buna reaksiya verməyə bilmərik və təbii ki, hələ də rəsmi İrəvanın atdığı konkret addımlar var ki, bu da razılaşdığımız, imza atdığımız, irəliləyiş əldə etdiklərimizə uyğun gəlmir. Təbii ki, biz də buna eyni şəkildə reaksiya verəcəyik".



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam