Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır" - Prezidentin köməkçisi

 

"Qeyri-neft ixracının texnologiya tutumunda inkişaf var. Son dövrlərdə, dövlət büdcəsinin gömrük daxilolmalarında qeyri-neft daxilolmaları 35 faizə çatıb".

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "Gömrük Biznes Forumu 2023" tədbirində deyib.

O bildirib ki, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi nəticə etibarilə xarici ticarət bazarına da müsbət təsir göstərir: “Hazırda gömrük orqanları ilə sahibkarlar arasında səmərəli dialoq qurulur. Bu sahədə daha praktiki tədbirlərin həyata keçirilməsi də vacibdir. Vətəndaş və sahibkar məmnunluğu unudulmamalıdır”.

Prezidentin köməkçisi qeyd edib ki, gömrük sisteminin şəffaflaşdırılması, prosedurların sadələşdirilməsi və xərclərin optimallaşdırılması, xarici ticarətin asanlaşdırılması xarici ticarət iştirakçılarının və büdcə daxilolmalarının artmasına səbəb olub: “2015-2022-ci illərdə qeyri-neft ixracının həcmi 2,3 dəfə artıb. Eyni zamanda, qeyri-neft ixracında çeşidlərin sayında da artım müşahidə olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam