Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu yayımçılara lisenziya verildi

 

Audiovizual Şuranın 21 noyabr 2023-cü ildə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub.

Qurumdan Yenixeber.org-a verilən məlumata görə, Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

Şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunub, müvafiq qərar ilə “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam