Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Xüsusi təyinatlılar Azərbaycan və Türkiyə bayraqları ilə helikopterlərdən gəmiyə eniblər -VİDEO

Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Yenixeber.org xəbər verir ki, “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər.Qonaqlar təlimin növbəti epizodları üzrə tapşırıqların icrasını izləyiblər. Ssenariyə əsasən baş vermiş zəlzələ səbəbindən vətəndaşların, o cümlədən yaralıların sahildən TCG Anadolu gəmisinə təxliyəsi tapşırıqları uğurla yerinə yetirilib.Helikopterlərdən gəmiyə enən hərbi qulluqçuların Azərbaycan və Türkiyə bayraqlarını dalğalandırması böyük maraqla qarşılanıb.Azərbaycan HDQ Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təliminin gedişatı müsbət qiymətləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam