Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

İran nüvə bombası yaratmaq imkanına malikdir –MAQATE

 

Tehran atom bombası yaratmaq üçün lazımi material və imkanlara malikdir.

YeniXeber.org xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Frans-24 (France 24) telekanalına müsahibəsində deyib.

O, İranın nüvə proqramı ilə bağlı narahatlığını növbəti dəfə dilə gətirərək, Tehranın uranı olduqca yüksək səviyyədə zənginləşdirdiyini bildirib:

“İranın nüvə proqramı ilə bağlı hələ də çoxlu cavabsız suallar var. MAQATE müfəttişləri İranda uran olmaması lazım olan obyektlərdə yüksək səviyyədə zənginləşdirilmiş uran və ya emal olunmuş uranın izlərini aşkar ediblər”.

Qeyd edək ki, bir neçə gün əvvəl Qrossi Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasına ünvanladığı bəyanatda İranın 5%, 20% və 60% zənginləşdirilmiş uran ehtiyatlarının cari ilin sentyabr ayı ilə müqayisədə artdığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam