Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Cahit Bağçı Azərbaycana təşəkkür etdi

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Kahramanmaraşa göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib.

Yenixeber.org xəbər verir ki, o bu barədə “X” hesabında yazıb.

“Ölkəmizdə baş verən dağıdıcı zəlzələ ilə əlaqədar kədərimizi öz kədəri bilən, bizimlə tək ürək olan qardaş Azərbaycana növbəti dəfə təşəkkür edirik. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə, “qardaşlarımız üşüməsin” prinsipi ilə hazırlanmış üçüncü yardımı Kahramanmaraşa yola saldıq. Komitə rəhbəri Fuad Muradova və komandasına təşəkkür edirik”, - o bildirib.

Səfir bildirib ki, biz birlikdə güclüyük: “Yaralarımızı birlikdə sarımağa davam edəcəyik”.

Xatırladaq ki, bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam