Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Bu prezidentin oğlu həbs ediləcək

 İstanbul Prokurorluğu Yunus Emrenin ölümünə səbəb olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud barəsində həbs qərarı çıxarıb.

Yenixeber.org xəbər verir ki, Yunus Emre Göçerin (38) idarə etdiyi motosiklet prezidentin oğlu Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi 06 CD 4581 dövlət nömrə nişanlı avtomobil tərəfindən arxadan vurulub. Zərbənin təsirindən yola düşən Göçer ağır yaralanıb. Göçer aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Göçerin ölümündən sonra mütəxəssislərin ilkin təsbitində heç bir günahının olmadığı bildirilən Məhəmməd sərbəst buraxılıb. Hadisənin görüntüləri ortaya çıxdıqdan sonra İstanbul Respublika Prokurorluğu Məhəmmədin yenidən dindirilməsini və həbsini tələb edib. Bundan əlavə, Məhəmmədə səyahət qadağası qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam